• $
  • €
  • ₽
  • ₺
  • £

"Meydan TV" deyib onların əməllərinə göz yumaqmı? - Deputat

10.12.2024 11:29
"Meydan TV" kimi "muzdlu" bir şəbəkənin qanunsuz əməllərinə onlar jurnalistdir deyib göz yummaq olmaz. Bunu Mili Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.  
 
 
"İndi yeni bir siyasi məhbus tandem atıblar gündəmə. Kimdir siyasi məhbus? urnalist, yaxud siyasətçi olmaq niyə ayrıcalıq sayılmalıdır? "Meydan TV" kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə onlar jurnalistdir deyib göz yummalıyıqmı? Yaxud kimsə Qərbin tezislərini facebook səhifəsində paylaşmağı siyasi fəaliyyət kimi təqdim edəcəksə, həmin şəxs barəsində bütün əsaslı şübhələri kənara qoyaq ki, kişi siyasətçidir?  Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il,  milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? Ona görə heç kim bizə nağıl danışmasın, bu gün, insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçilyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun prezidenti cənab İlham Əliyevdir", - deputat dekabrın 10-da Milli Məclisdə çıxışı zamanı deyib. 
 
Bir neçə gün öncə Meydan TV-nin Bakıda fəaliyyət göstərən 6 əməkdaşı 4 ay müddətinə həbs olunub. Jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Jurnalistlər həbs olunmaları peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. 
 
Bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən bir sıra qərb ölkələrinin  səfirləri  Azərbaycanı həbsdə olan hüquq müdafiəçisini, eləcə də jurnalistləri azad etməyə çağırıb. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi buna "bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sisteminə açıq-aşkar zərbə vurmaq cəhdidir” cavabını verib. 

 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Cəmiyyət 13:11
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Cəmiyyət 13:05
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Cəmiyyət 12:32
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Cəmiyyət 12:19
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Cəmiyyət 12:04
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:12
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol