• $
  • £

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı!

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı!
11.12.2024 17:28


Yelo Bank ardıcıl ikinci ildir ki, ADA Universitetinin İxtisasartırma Proqramının təşkil etdiyi "Liderlik Bacarıqlarının İnkişafı" proqramında iştirak edir. Builki proqrama Bank-da menecer vəzifələrini icra edən 25 əməkdaş qoşulub.

Proqramın bir-birindən maraqlı 7 modulu müasir iş mühitində lazım olan əsas keyfiyyətləri — sürətli düşüncə tərzi, uğurlu liderə xas ünsiyyət və etika qaydaları, dəyişikliyin və komandanın idarəedilməsi mövzularını əhatələyib.

İnteraktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar, beyin fırtınası, keys çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq etmək şansı qazanıblar.

Yelo Bank bu proqrama qoşulmaqla yalnız menecerlərinin fərdi inkişafına deyil, həm də ümumi komandanın uğurlarına fokuslanıb. Belə ki, Bank bu təşəbbüs vasitəsilə komandanın potensialını maksimum səviyyəyə çatdırmağı və öz işində parlaq nəticələr qazanmağını hədəfləyir.

Bank xidmətləri, o cümlədən mikro kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
İqtisadiyyat 13:57
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Sərfəli kredit axtarırsan?
İqtisadiyyat 11:29
Sərfəli kredit axtarırsan?
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
İqtisadiyyat 10:40
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
İqtisadiyyat 09:49
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:45
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol