Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq
![Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq Bu gün Bakı və Şəkinin bəzi hissələrində qaz olmayacaq](https://anews.az/photo/850x500/2024-12/1734065364_8d99ea75-6fbf-37af-aeb9-48dc6159be87_850.jpg)
Bu gün "Digah-Bilgəh” orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.Bununla bağlı "Azəriqaz” İB məlumat yayıb.
Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə bu gün saat 09:30-dan etibarən işlər başa çatanadək "Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda vurğulanıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər