• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək
13.12.2024 11:14
Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün də imtahan təşkil olunacaq. Bu barədə DİM məlumat yayıb.


Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1542 nəfər qeydiyyatdan keçib.


Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və DİM-in Gəncə Regional Bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.


DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.


İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.


Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.


İmtahana gələn namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.


Bir saat davam edəcək imtahanda taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
“Azərpoçt”un adından dələduzluq halları var
Cəmiyyət 17:16
“Azərpoçt”un adından dələduzluq halları var
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Cəmiyyət 17:02
Polisə dəstək olan mülki şəxslərin xüsusi geyim formaları olacaq
Sabah İmişlidə qaz olmayacaq
Cəmiyyət 16:52
Sabah İmişlidə qaz olmayacaq
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Cəmiyyət 16:02
Kəlbəcərdə yaşayış evlərinin tikintisinə 138 milyon manat xərclənəcək
Magistraturaya qəbul imtahanı keçiriləcək
Cəmiyyət 15:57
Magistraturaya qəbul imtahanı keçiriləcək
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Cəmiyyət 14:58
Bu istiqamətdə əlavə reyslər təyin olunur
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Cəmiyyət 13:39
Şahnaz Bəylərqızının məhkəməsi təxirə düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol