“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı
![“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı “Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı](https://anews.az/photo/850x500/2024-12/1734355762_esas-sekil_-azl-logo-360x230.jpg)
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərmək öhdəliyini daşıyır. 2024-cü ilin oktyabr ayında keçirilmiş sertifikasiya auditi nəticəsində şirkətin üç beynəlxalq standart üzrə sertifikat uyğunluğu təsdiq edilib.
İlk standart ISO 27001:2013 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini təsdiq edir və təhlükəsizlik sistemini quraraq tətbiq edir. Gələn ildən şirkət bu sertifikatın daha sonrakı versiyası üçün müraciət edəcək.
Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) "Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)