• $
  • €
  • ₽
  • ₺
  • £

Adil Mirseyidin rəsm əsərlərinin sərgisi açıldı - FOTOSESSİYA

Adil Mirseyidin rəsm əsərlərinin sərgisi açıldı - FOTOSESSİYA
29.05.2020 04:40

Bakıda şair-rəssam Adil Mirseyidin rəsm əsərlərinin sərgisi təşkil edilib.

 

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdiyi sərgi yanvarın 24-də “Art” qalereyanın sərgi salonunda açılıb.

 

Tədbiri açan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri  Fərhad Xəlilov tədbiri açaraq Adil Mirseyidin bənzərsiz yaradıcılığını təqdir edib.

 

Millət vəkili Qənirə Paşayeva isə çıxışı zamanı A. Mirseyidin hər zaman öz gözəl rəsm əsərləri və şeirləri ilə gerçək sənətə xidmət etdiyini bildirib. O, rəssamın heç bir zaman görmədiyi halda çəkdiyi İstanbul əsərindən ayrıca bəhs edərək rəhbərlik etdiyi təşkilatın onun Türkiyəyə səyahətinə hər cür dəstək verəcəyini vurğulayıb: "Adil həmişə İstanbulu duyğularında yaşadıb, o yerləri xəyalən gəzib-dolaşıb. Gedib o yerləri canlı olaraq görmək isə onun haqqıdır".

 

Rəssamın bir neçə əsərini alaraq özünün şəxsi kolleksiyasına daxil etmək niyyətində olduğunu deyən Q. Paşayeva hər kəsi Adil Mirseyidin əsərlərini almağa çağırıb.

 

Tədbirdə həmçinin millət vəkili Aydın Mirzəzadə, professor Elçin İsgəndərzadə və TUSİAB-in baş katibi Yasin Göral çıxış edib.

 

Tədbirin sonunda çıxış edən şair-rəssam Adil Mirseyid Rəssamlar İttifaqının sədri F. Xəlilova və millət vəkili Q. Paşayevaya öz minnətdarlığını bildirib: "Sağ olun ki, məni duyğulandırdınız. Sənətkar məsuliyyəti deyilən məfhumu bir daha düşüncəmə qaytardınız. Çalışacağam ki, sənətimə, xalqıma və sizlərə layiq olan yeni əsərlərlə görüşünüzə gəlim".

 

Qeyd edək ki, 3 gün davam edəcək tədbir xeyriyyə  xarakteri daşıyır. Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun ciddi müalicə almasını zəruri edib. Bu səbəbdən “satış-sərgi”dən əldə edilən vəsait onun ailə üzvlərinə verilib ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol