• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Babu” adlı Belarus-Azərbaycan filminin premyerası olub

Bakıda “Babu” adlı Belarus-Azərbaycan filminin premyerası olub
29.05.2020 04:40
Yanvarın 24-də “Nizami” Kino Mərkəzində Azərbaycan və Belarus kinematoqrafçılarının çəkdiyi “Babu” bədii filminin premyerası olmuşdur.AzərTAc xəbər verir ki, SSRİ dağıldıqdan sonra müstəqillik dövründə ilk dəfə olaraq Belarus və Azərbaycan birgə kinofilm yaratmışlar. “Babu” tammetrajlı filmi Belarus Respublikası Mədəniyyət Nazirliyinin, Belarusun “New Wave Production” kino şirkətinin sifarişi, “Belarusfilm” kinostudiyasının iştirakı ilə çəkilmişdir. Filmin prodüserlərindən biri “Nərimanfilm” kinostudiyasıdır.Filmin nümayişindən əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Teleradio Verilişləri Şirkətinin rəhbəri Cəmil Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan və Belarus kinematoqrafçılarının əməkdaşlığının əsası hələ 1937-ci ildə, Viktor Popov ilə Qəmər Salamzadənin birlikdə çəkdikləri “Dəcəl dəstə” filmi ilə qoyulmuşdur. O, filmin yaradıcı heyətini təbrik edərək demişdir ki, bu film iki xalq arasında dostluq, əməkdaşlıq və qardaşlığın təcəssümü olacaqdır.Tədbirdə çıxış edən Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviç bu filmi ölkələrimiz arasında diplomatik münasibətlərin 20-ci ildönümünün tamam olduğu bir ildə müasir tarix haqqında yaradılmış qeyri-adi film adlandırmışdır. O demişdir: “Bu film zamanın tələbinə real cavabdır”. Səfir baş rolun – balaca Leylanın ifaçısı Həmayil Həsənovaya, habelə aktyorlar Kamran Ağabalayevə və Nigar Əhmədovaya təşəkkürnamələr təqdim etmişdir.Filmdə hadisələr indiki dövrdə Belarus, Rusiya və Azərbaycan ərazisində cərəyan edir. Film kriminal ekşen janrında çəkilmişdir.Moskvada işgüzar səfərdə olan Azərbaycan biznesmeninin yeddi yaşlı qızını oğurlayırlar. Qızı Avropaya aparmaq üçün onu Belarusdan keçirərək Qərb sərhədinə doğru hərəkət edirlər. Lakin təsadüflər və gözlənilməz hadisələr əməliyyatın qabaqcadan düşünülmüş gedişini pozur.Filmin son kadrlarından biri tamaşaçıların alqışları ilə qarşılanmışdır. Bu kadrlarda Belarus Respublikasının Əməkdar Artisti Tamara Mironovanın ifa etdiyi Leylanı xilas edən yaşlı belarus qadın qızın ailəsi ilə birlikdə Bakıya gələrək məscidin ərazisinə daxil olur və Allaha üz tutaraq xaç çəkir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol