• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub
30.12.2024 17:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub.

Elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya İnnovasiya Mərkəzi barədə məlumat verib.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti burada tətbiq edilən innovativ texnologiyalar və şagirdlərin yaradıcılığına yönəlmiş təlim-tədris prosesini izləyib.

STEAM İnnovasiya Mərkəzi Azərbaycanda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) istiqamətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Burada şagirdlər müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını artırmaqla yanaşı, yaradıcı düşüncə və problem həlletmə qabiliyyətlərini inkişaf etdirirlər.

Leyla Əliyeva, həmçinin Mərkəzdə olan texnologiyalar robototexnika, 3D çap, süni intellekt, virtual və artırılmış reallıq laboratoriyaları ilə tanış olub. O, eyni zamanda, Mərkəzdə ekskursiyada olan şagirdlərlə görüşüb, onların hazırladıqları layihələrlə tanış olub. Şagirdlərin hazırladıqları layihələrə baxan Heydər Əliyev Fondunun vitse-prezidenti onların işlərini yüksək qiymətləndirib və müxtəlif sahələrdə tətbiq edilə biləcək yeniliklərin önəmini vurğulayıb. Leyla Əliyeva gənclərin elm və texnologiya sahəsindəki uğurlarının ölkənin davamlı inkişafı üçün əsas olduğunu bildirib.

Görüşdə şagirdlər gələcək planlarından, innovativ ideyalarından və məqsədlərindən danışıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Cəmiyyət 14:37
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Leysanla bağlı xəbərdarlıq edilib
Cəmiyyət 13:48
Leysanla bağlı xəbərdarlıq edilib
Jurnalist Əvəz Zeynallı vəfat edib
Cəmiyyət 13:39
Jurnalist Əvəz Zeynallı vəfat edib
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Cəmiyyət 13:11
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Cəmiyyət 13:05
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Cəmiyyət 12:32
SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Cəmiyyət 12:19
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - statistika
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Cəmiyyət 12:04
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol