• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur Azərbaycan bəstəkarı İsraildə öldü

Məşhur Azərbaycan bəstəkarı İsraildə öldü
29.05.2020 04:36
Məşhur Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib.AzərTAc-a bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. “Şərəf nişanı” ordeni ilə təltif edilib.E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidi.E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olub.E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdi. 1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol