• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: İlk fürsətdə Los-Ancelesdəki Baş Konsulluq öz yerində fəaliyyət göstərəcək

XİN: İlk fürsətdə Los-Ancelesdəki Baş Konsulluq öz yerində fəaliyyət göstərəcək
20.01.2025 13:29
İmkan olan kimi Azərbaycanın Los-Ancelsdəki konsulluğu əvvəlki binasına köçürüləcək. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
 
"Yanğınlar səbəbindən binadan digər əraziyə konsulluq köçürülüb. Konsulluğun fəaliyyəti bağlanmamışdı. Əlaqə telefonları mövcud idi. Digər əlaqə vasitələri  də var idi. Sadəcə başqa binaya köçürülmüşdü. Təhlükəsizlik üçün bu addım atılıb. İlk fürsətdə keçmiş yerində fəaliyyəti bərpa olunacaq",- Bayramov 20 Yanvar şəhidlərini ziyarət edərkən jurnalistlərə açıqlamasında vurğulayıb.
 
Yanvarın 7-də Los-Anceles dairəsində güclü meşə yanğınları başlayıb, ilk olaraq Sakit Okean Palisades sahil ərazisi təsirlənib. Sonra daha bir neçə yanğın baş verib. Qasırğa vəziyyəti daha da gərginləşdirir. Yanğın kranlarında su çatışmazlığı da yanğının söndürülməsinə mane olur.
 
180 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb. 
 
ABŞ prezidenti Cozef Bayden böyük təbii fəlakət elan edib və ştata federal yardım göstərilməsi barədə göstəriş verib.

 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Cəmiyyət 16:04
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Cəmiyyət 15:50
Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Cəmiyyət 15:32
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 14:58
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Cəmiyyət 14:37
Məmmədli qəsəbəsində qadın bıçaqlanaraq öldürülüb
Leysanla bağlı xəbərdarlıq edilib
Cəmiyyət 13:48
Leysanla bağlı xəbərdarlıq edilib
Jurnalist Əvəz Zeynallı vəfat edib
Cəmiyyət 13:39
Jurnalist Əvəz Zeynallı vəfat edib
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Cəmiyyət 13:11
Sabah Bakıda yağış yağacaq - hava proqnozu
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Cəmiyyət 13:05
Bakının mərkəzində avtomobil hərəkəti bütün həftə məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol