• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İmişlidə qəza şəraiti yaradan 17 yaşlı şəxs hadisədən sonra qaçıb - Baş Prokurorluq

İmişlidə qəza şəraiti yaradan 17 yaşlı şəxs hadisədən sonra qaçıb - Baş Prokurorluq
21.01.2025 09:41
İmişlidə "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və "BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsidə qohumuna məxsus  "Mercedes-Benz” maşını qaçıran 17 yaşlı Bəylər Bayramlının qəzadan sonra qaçması faktı müəyyən edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib. 
 
 
"İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan "Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. 


Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  İbtidai istintaq davam etdirilir", - məlumatda deyilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Cəmiyyət 12:35
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Cəmiyyət 12:26
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Dekabrın son gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:13
Dekabrın son gününün hava proqnozu açıqlanıb
DİN Bakının 3 rayonunda narkotiklə bağlı əməliyyat keçirib
Cəmiyyət 11:41
DİN Bakının 3 rayonunda narkotiklə bağlı əməliyyat keçirib
115 şəhid ailəsinə mənzillər təqdim edilib
Cəmiyyət 11:31
115 şəhid ailəsinə mənzillər təqdim edilib
Bakıda qumbara tapılıb
Cəmiyyət 11:29
Bakıda qumbara tapılıb
200 manatlıq birdəfəlik yardım ödənilib
Cəmiyyət 11:09
200 manatlıq birdəfəlik yardım ödənilib
Sabah Bakıda atəşfəşanlıq olacaq
Cəmiyyət 10:57
Sabah Bakıda atəşfəşanlıq olacaq
Masallıda kanaldan meyit tapılıb
Cəmiyyət 10:24
Masallıda kanaldan meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol