• $
  • £

İnvest.az platformasında maliyyə fırıldaqları aşkarlanıb

İnvest.az platformasında maliyyə fırıldaqları aşkarlanıb
28.01.2025 15:01
Bakıda Ağır Cinayətlər Məhkəməsində  AzTV-nin keçmiş sədri Arif Alışanovun yaxın qohumu Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
O, investisiya platformasında valyuta əməliyyatları vasitəsilə gəlir əldə etməyə çalışan üç nəfərin böyük məbləğdə pulunu mənimsəməkdə ittiham olunur.
 
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.
 
İttihama əsasən, Alışan, İnvest.az platformasından istifadə edərək investisiyalardan gəlir əldə etmək vədi ilə zərərçəkənlərin vəsaitlərini cəlb edib, lakin vədini yerinə yetirməyib.

Nizami Alışan məhkəmədə ittihamları rədd edib.  Onun vəkili Samir İsayev,  2024-cü il aprelin 9- 17 tarixlərində mobil operatorlardan məlumatların tələb olunması barədə vəsatət qaldırıb. Digər bir vəsatət isə İnvest.az şirkətinin nümayəndəsinin məhkəməyə şahid qismində çağırılması ilə bağlı olub.

Məhkəmə kollegiyası hər iki vəsatətin sübutların araşdırılması mərhələsinə aid olduğunu bildirərək, onların həmin mərhələdə nəzərdən keçiriləcəyini açıqlayıb.

Məhkəmə prosesi fevralın 10-da  davam edəcək.

Məhkəmə materiallarına əsasən, bu cinayət işi üzrə Zeynal Usubov, Babək Məmmədzadə və Yədigər İsrafilov zərərçəkmiş kimi tanınıblar.
 
Zərərçəkənlərdən biri Zeynal Usubov 2023-cü ildə prokurorluq orqanlarından çıxarılıb, digər zərərçəkən Babək Məmmədzadə isə "Aztelekom” MMC-nin keçmiş baş direktoru olub.

İttihama görə, Nizami Alışan özünü səhmlər və valyuta əməliyyatları üzrə mütəxəssis kimi təqdim edib və ümumilikdə 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) məbləğində vəsaiti mənimsəyib.

O, Babək Məmmədzadədən  1 milyon 300 min dollar,  Zeynal Usubovdan  945 min dollar, Yədigər İsrafilovdan 200 min dollar mənimsəyib. 

Nizami Alışana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) ilə ittiham irəli sürülüb.
 
Aytac Zeynalova









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb
İqtisadiyyat 16:14
Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:17
Azərbaycan nefti ucuzlaşıb
Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı regionun nəqliyyat xəritəsini necə dəyişir? - TƏHLİL
İqtisadiyyat 12:01
Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı regionun nəqliyyat xəritəsini necə dəyişir? - TƏHLİL
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:01
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan kapital bazarı investor etimadı axtarır
İqtisadiyyat 16:54
Azərbaycan kapital bazarı investor etimadı axtarır
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:02
Azərbaycan nefti ucuzlaşıb
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
İqtisadiyyat 15:31
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
İqtisadiyyat 13:14
Yelo Mobil POS ilə biznes daha əlçatandır!
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
İqtisadiyyat 13:10
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol