• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Keçmiş deputat İlham Əliyevə müraciət edib

Keçmiş deputat İlham Əliyevə müraciət edib
30.01.2025 18:22
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib, onun ölkə başçısına müraciəti dinlənilib və prokuror 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.  

Hakim məhkəməyə müraciət daxil olduğunu və bu səbəbdən məhkəmə istintaqının yenidən başladığını elan edib. O, həmçinin Hüseyn Abdullayevin Azərbaycan prezidentinə ədalətli məhkəmə araşdırması aparılması üçün müraciət etdiyini bildirib. Həmin müraciətin bir nüsxəsi məhkəməyə təqdim olunub.

"Sizin mənim bu illəri dörd divar arasında necə keçirdiyimdən, hansı əziyyətləri çəkdiyimdən və ailəmin nə qədər əzab çəkdiyindən xəbərdar olduğunuzdan əminəm. Təəssüf ki, haqqımda sizə verilən yalan məlumatlar nəticəsində mən və ailəm bu sınaqlara məruz qaldıq. Mənim mühacirətdəki həyatım ağrılar və əzablarla dolu ən çətin dövrüm oldu. Daha sonra mən Türkiyədə həbs edildim, Azərbaycana ekstradisiya olundum və altı il həbsdə qaldım – bu, həyatımın ən qaranlıq dövrü oldu.   Bu müraciətimin məqsədi, sağlamlığımda yaranan geri dönməz problemlər və yaşlı anamın ağır vəziyyəti barədə sizə məlumat verməkdir. Sizdən sağlamlıq problemlərimi, çəkdiyim əzabları və həbsdə keçirdiyim illəri nəzərə alaraq, anamla yenidən birləşməyimə kömək etməyinizi xahiş edirəm",  - Hüseyn Abdullayev müraciətində bildirib. 

Daha sonra ifadə verən deputat  ittihamları rədd edib. 

"Mənim bəraət hüququm təmin olunacaqmı? Mən günahsızam. Bütün bunlar yalan, saxtakarlıq və böhtandır. Mən qanunsuz heç nə etməmişəm. Daha nə deyə bilərəm? Mən həmişə dövlətimə sadiq olmuşam. Əlavə edəcək bir sözüm yoxdur",     o deyib. 

Son sözlə çıxış edən prokuror, Hüseyn Abdullayevin günahının tam sübut olunduğunu bildirib və ona 10 il həbs cəzası verilməsini tələb edib.

İclasın sonunda Hüseyn Abdullayevin anası hakimə müraciət edərək oğluna ədalətli qərar çıxarılmasını xahiş edib.

Növbəti məhkəmə iclası  fevralın 13-də keçiriləcək. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol