• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident "Vətən" liseyində... - Fotolar

Prezident
04.02.2025 14:23
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına "Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verib. 


Bildirildi ki, "Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.


Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.


Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.


Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.


Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.


Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.


Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.


Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə ildırım vuran kişi ölüb
Cəmiyyət 20:52
Kürdəmirdə ildırım vuran kişi ölüb
Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb
Cəmiyyət 18:07
Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Cəmiyyət 17:50
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
Cəmiyyət 17:33
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Cəmiyyət 17:15
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol