• $
  • £

Şərqin ilk opera bəstələyən xanım bəstəkarının doğum günüdür

Şərqin ilk opera bəstələyən xanım bəstəkarının doğum günüdür
29.05.2020 04:37
Bu gün Şərqin ilk qadın opera bəstəkarı olan Şəfiqə Axundovanın 90 illik yubileyidir.Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar 21-də Şəkidə anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olub. Şəki mahalının sayılıb-seçilən Axundovlar ailəsində böyüyüb.İlk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayıb. Lakin atasının işi ilə əlaqədar olaraq ailəsi Bakıya köçüb və təhsilini Bakıda 6 saylı orta məktəbdə davam etdirib.1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.Məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tələbəsi olmuş xanım Axundova 1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınıb.Axundova 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adını, 2004-cü ildə isə "Şöhrət" ordeni alıb. İndiyə qədər onun beş yüzdən çox əsər- lirik mahnı və romans, uşaq tamaşalarının musiqiləri də bəstələdiyi deyilir.Əsərləri: "Gəlin qayası" operası; "Ev bizim, sirr bizim" operettası; BSO üçün süitalar; xor üçün silsilələr; 300-ə yaxın mahnı və romans. Ev bizim, sirr bizim" operettasının (1965)., simli kvartet üçün pyeslərin, dramatik teatr "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. Uşaq tamaşalarına musiqinin "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox populyardır. Şəfiqə Axundova uzunsürən xəstəlikdən sonra 26 iyul 2013-cü ildə 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol