Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.Bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
Səfirin sözlərinə görə, nazir martın 13-15-də Bakıda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.
Diplomat xatırladıb ki, bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.