İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.