• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb

Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
11.03.2025 18:10

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində Prezident Mixeil Kavelaşvili ilə görüşüb.

Gürcüstan prezidenti bu səfərin ölkələr və parlamentlər arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə dost ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.

Göstərilən yüksəksəviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə çatdırıb.

Gürcüstan Prezidenti səmimi salamlarına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu qeyd olunaraq, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin ölkələr arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova dünən iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.

Görüşdə, həmçinin ölkələrin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.

Söhbət zamanı, həmçinin regionda vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol