• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Abdullanın xaricdə bir sıra kitabları işıq üzü gördü

Kamal Abdullanın xaricdə bir sıra kitabları işıq üzü gördü
28.05.2020 21:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın ötən il xarici ölkələrdə bir sıra kitabları işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, müəllifin geniş oxucu auditoriyası qazanan “Yarımçıq əlyazma” romanı ingilis, alman, fransız və qazax dillərində çap olunub, ABŞ, Avstriya, Fransa və Qazaxıstanda təqdimatı keçirilib. Roman Fransada İNALKO professoru Klod Aliberin ön sözü ilə 2-ci dəfə çap olunub. Kitabın alman dilində nəşrinin fevralda Humbolt adına Berlin Universitetində də təqdimatı nəzərdə tutulur.

 

Yazarın “Sehrbazlar dərəsi” romanı Litvada və Yaponiyanın Osaka Universitetinin professoru Takayuki Murakaminin ön sözü ilə Yaponiyada oxucuların ixtiyarına verilib. K. Abdullanın bu il Türkiyədə çap olunmuş “Gizli Dədə Qorqud” kitabı Azərbaycan xalqının mədəni keçmişi və bədii təfəkkürün mifdən yazıya köçürüldüyü mərhələnin elmi tədqiqinin nəticəsidir.

Qeyd edək ki, ümumilikdə 11 dildə çap olunmuş “Yarımçıq əlyazma” romanının ingilis dilində ABŞ nəşri Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Londonun məşhur “Woters Stone” kitab evində, almanca versiyası isə Avstriyanın Qrass Universitetində çoxsaylı tərcüməçi, ingilisdilli və almandilli ədəbiyyat nümayən­dələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunub, ətraflı müzakirə edilib

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol