"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb
"Google" axtarış sistemi Novruz bayramı münasibətilə xüsusi dudl hazırlayıb.
"2025 Novruz bayramı" adlı dudlda bayramın əsas simvolları olan Keçəl, səməni, eləcə də baharın gəlişini müjdələyən çiçək açan ağaclar və qaranquşlar təsvir olunub.
Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır. Şirkət mütəmadi olaraq müxtəlif bayramlar və tarixi hadisələrlə bağlı maraqlı dudllar hazırlayır.
Son xəbərlər
Daha çox