• $
  • £

28 May qəsəbəsində evləri su basdı- Rəsmi açıqlama - Video

28 May qəsəbəsində evləri su basdı- Rəsmi açıqlama - Video
20.03.2025 18:19

bşeron rayonu, 28 May qəsəbəsində evləri su basıb.

 Oxu.az xəbər verir ki, buna səbəb yaxınlıqdakı Daşagil gölünün daşması olub.

Sakinlərin sözlərinə görə, əvvəllər göldən su tez-tez çəkilirdi, hazırda çəkilmədiyinə görə Novruz bayramı ərəfəsində daşaraq yaşayış sahələrinə dolub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, göstərilən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, həmin ərazidə sözügedən qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: “Bu səbəblə ərazidə formalaşan tullantı suları Abşeron rayonunda Daşagil gölündə suyun səviyyəsinin artmasına səbəb olur. Xidmət tərəfindən göldə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasoslar quraşdırılır, bu da suların ətrafa daşmasının qarşısını almaq məqsədi daşıyır. Bu işlər dəfələrlə görülüb, amma problemin köklü şəkildə həlli üçün mərkəzləşmiş şəbəkə qurulmalıdır. Bunun üçün isə sakinlər qaydalara uyğun olaraq tələb edilən sənədlərə malik olmalıdırlar.

Xüsusilə diqqətə çatdıraq ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə (qaydalarda öz əksini tapan) “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinə müraciət etməlidirlər”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Abşeron rayonu, 28 May qəsəbəsində evləri basan suyun çəkilməsi, Daşagil gölünün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür: “Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Ona görə də ərazidə yerləşən Daşagil gölünün ətrafında məskunlaşmış sakinlər kanalizasiya sularını bu gölə axıdırlar. Xüsusilə vurğulamaq yerinə düşər ki, Daşagil gölünə nəinki Aşağı Güzdək qəsəbəsinin, o cümlədən qonşu rayonların kənd və yaşayış massivlərindən də kanalizasiya xətləri axır. Son günlər yağışlı və küləkli hava şəraitinin hökm sürməsi səbəbindən adıçəkilən gölün su səviyyəsi normadan artıq qalxıb.

Qeyd edək ki, martın 19-dan etibarən Abşeron Rayon İcra Hakimiyyətinin, Aşağı Güzdək və Hökməli bələdiyyələrinin və Su Ehtiyatları Agentliyinin yerli qurumlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, daşqının nəticələrinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb, mövcud nasosxana təmizlənilib, əlavə su nasosları quraşdırılıb. Hazırda həyətlərdən suyun çəkilməsi, gölün səviyyəsinin aşağı salınması ilə bağlı işlər görülür”

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah metroda qatarların intervalında gecikmələr olacaq - Rəsmi
Cəmiyyət 23:33
Sabah metroda qatarların intervalında gecikmələr olacaq - Rəsmi
İşdən çıxarılmağımı sizdən eşidirəm - Yeni Klinikanın rəhbəri
Cəmiyyət 21:57
İşdən çıxarılmağımı sizdən eşidirəm - Yeni Klinikanın rəhbəri
28 mayda gənc özünü qatarın altına atıb - Yenilənib
Cəmiyyət 20:43
28 mayda gənc özünü qatarın altına atıb - Yenilənib
“Son zəng” iyunun 13-də keçiriləcək
Cəmiyyət 19:51
“Son zəng” iyunun 13-də keçiriləcək
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Cəmiyyət 19:29
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Cəmiyyət 18:30
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Cəmiyyət 17:43
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
Cəmiyyət 17:30
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Cəmiyyət 17:20
Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol