• $
  • £

İmamoğlunun səlahiyyətlərini o müvəqqəti icra edəcək

İmamoğlunun səlahiyyətlərini o müvəqqəti icra edəcək
20.03.2025 19:24

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edəcək şəxs məlum olub.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, ötən gün saxlanılan İstanbul meri Ekrem İmamoğlunun səlahiyyətlərini bələdiyyənin CHP-li üzvü Nuri Aslan icra edəcək.

Bildirilib ki, E.İmamoğlu tərəfindən dünən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.

“İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaqa görə İstanbul Böyükşəhər Bələdiyyəsinin fəaliyyətinin pozulmasının qarşısını almaq üçün bu müddətdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini İBB Şura üzvü Nuri Aslan yerinə yetirəcək”, - deyə, Ə. İmamoğlu sənəddə qeyd edib.

Ötən gün İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə həyata keçirilən əməliyyat çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu daxil olmaqla 84 nəfər saxlanılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah metroda qatarların intervalında gecikmələr olacaq - Rəsmi
Cəmiyyət 23:33
Sabah metroda qatarların intervalında gecikmələr olacaq - Rəsmi
İşdən çıxarılmağımı sizdən eşidirəm - Yeni Klinikanın rəhbəri
Cəmiyyət 21:57
İşdən çıxarılmağımı sizdən eşidirəm - Yeni Klinikanın rəhbəri
28 mayda gənc özünü qatarın altına atıb - Yenilənib
Cəmiyyət 20:43
28 mayda gənc özünü qatarın altına atıb - Yenilənib
“Son zəng” iyunun 13-də keçiriləcək
Cəmiyyət 19:51
“Son zəng” iyunun 13-də keçiriləcək
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Cəmiyyət 19:29
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Cəmiyyət 18:30
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Cəmiyyət 17:43
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
Cəmiyyət 17:30
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Cəmiyyət 17:20
Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol