• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir- Yenilənib

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir- Yenilənib
20.03.2025 19:58

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

İclasın gündəliyinə terrorsuz Türkiyə prosesi, Suriyada baş verən hadisələr, eləcə də İsrailin Qəzzaya endirdiyi zərbələr daxil edilib. 

Bununla yanaşı, iclas zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə ediləcək. 

Qeyd edilib ki, bu, Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının il ərzində keçirəcəyi ikinci iclas olacaq.

***

Milli Təhlükəsizlik Şurası Prezident Ərdoğanın rəhbərliyi ilə toplaşıb.

***

Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən görüş təxminən 2 saat yarım davam edib.

Görüş zamanı terror təşkilatlarına qarşı keçirilən əməliyyatlardan və Türkiyənin Suriyada daimi sülh və sabitliyin təmin edilməsindən danışılıb. 

Bununla yanaşı, Qəzzanın yenidən qurulması səylərinin davam etdiriləcəyi bildirilib. 

Həmçinin, qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində də prosesin ədalətli razılaşma ilə yekunlaşdırılması, davamlı sülhün bərqərar olması üçün təşəbbüs göstərəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyada pirotexnika zavodunda partlayış baş verib, ölən və xəsarət alanlar var
Dünya 19:24
Rusiyada pirotexnika zavodunda partlayış baş verib, ölən və xəsarət alanlar var
Ukrayna Milli Elmlər Akademiyasının binası yanır
Dünya 16:38
Ukrayna Milli Elmlər Akademiyasının binası yanır
Macarıstan parlamenti Peter Magyarın toxunulmazlığını ləğv edib
Dünya 15:08
Macarıstan parlamenti Peter Magyarın toxunulmazlığını ləğv edib
3 yaşlı qız üçün 15,3 min manat: Pakistanda ata onu 60 yaşlı kişiyə ərə vermək istəyib
Dünya 11:36
3 yaşlı qız üçün 15,3 min manat: Pakistanda ata onu 60 yaşlı kişiyə ərə vermək istəyib
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Dünya 22:15
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Dünya 21:22
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Dünya 17:27
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Dünya 15:30
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Dünya 14:51
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol