• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda evi uçurdulan qadın danışdı - Video

Yasamalda evi uçurdulan qadın danışdı - Video
27.03.2025 17:06

Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. “Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb.Bu fikirləri Oxu.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

“2024-cü il dekabrın 24-də üzərində oğlumun - yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”,- Elarə Hacıyeva bildirib.

O, vurğulayıb ki, problemlər bundan sonra başlayıb:

“Həmin gündən evin hər yanında ağır texnika işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır”.

Dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:

“Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, “Azərişıq” ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər”.

Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

“Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, mənim isə şüşə qolumu kəsdi.

Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:51
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 22:48
Bu ərazidə işıq olmayacaq
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
Cəmiyyət 19:55
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Cəmiyyət 19:49
DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək
Cəmiyyət 18:53
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək
Melburn Universitetində təhsil alan azərbaycanlı tələbənin təhsil haqqı tam ödənilib
Cəmiyyət 16:54
Melburn Universitetində təhsil alan azərbaycanlı tələbənin təhsil haqqı tam ödənilib

PASHA Holding və SOCAR IE Executive Education proqramlarını təqdim edəcək
Cəmiyyət 16:33
PASHA Holding və SOCAR IE Executive Education proqramlarını təqdim edəcək
Rayonlarda şimşək çaxır, arabir yağış yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 16:31
Rayonlarda şimşək çaxır, arabir yağış yağır - faktiki hava açıqlanıb
Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir
Cəmiyyət 16:03
Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol