• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı pianoçu-rəssam dünyasını dəyişdi

Azərbaycanlı pianoçu-rəssam dünyasını dəyişdi
28.05.2020 21:44
Uzun illər İsveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib.APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə mərhumun qohumu Sergey Bespalı məlumat verib. Nadir Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqlarının birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər. Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz ikinci həyatına musiqiçi deyil, rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər Nadir Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir. Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Valettdə təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksiyaçıların diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə Bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol