• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi evlər söküləcək - Ərazilər açıqlanmır/Yenilənib

Bakıda bəzi evlər söküləcək - Ərazilər açıqlanmır/Yenilənib
04.04.2025 14:22

Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq. Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur. 

Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, “yaşıl və təmiz şəhər” prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Bu tələbatlar nəzərə alınmaqla Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. 

Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır: “Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək. 

Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb edililəcək”, - açıqlamada deyilir. 

***

APA-nın məlumatına görə, Bakı şəhərinin hansı ərazilərində köçürülmə-abadlıq işləri aparılacağı məlum olub.

Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək.

Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:51
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 22:48
Bu ərazidə işıq olmayacaq
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
Cəmiyyət 19:55
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Cəmiyyət 19:49
DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək
Cəmiyyət 18:53
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək
Melburn Universitetində təhsil alan azərbaycanlı tələbənin təhsil haqqı tam ödənilib
Cəmiyyət 16:54
Melburn Universitetində təhsil alan azərbaycanlı tələbənin təhsil haqqı tam ödənilib

PASHA Holding və SOCAR IE Executive Education proqramlarını təqdim edəcək
Cəmiyyət 16:33
PASHA Holding və SOCAR IE Executive Education proqramlarını təqdim edəcək
Rayonlarda şimşək çaxır, arabir yağış yağır - faktiki hava açıqlanıb
Cəmiyyət 16:31
Rayonlarda şimşək çaxır, arabir yağış yağır - faktiki hava açıqlanıb
Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir
Cəmiyyət 16:03
Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol