• $
  • £

"Rus evi" Bakıda fəaliyyətini bərpa etmək üçün yollar axtarır -Yevgeni Primakov

"Rus evi" Bakıda fəaliyyətini bərpa etmək üçün yollar axtarır -Yevgeni Primakov
07.04.2025 14:09

Rusiya Azərbaycanda Rus evinin bərpa olunması üçün bütün kompromis axtarışları davam etdirir. Bu barədə Rusiya mətbuatı  “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakova istinadla yazıb. 

"Hazırda mədəni-humanitar diplomatiya ilə bağlı işləri əsasən Rusiya səfirliyi həyata keçirir. Eyni zamanda, biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Mənə elə gəlir ki, həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinliklə yanaşırıq ki, hələ də belə bir kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq", - Primakov bildirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin sözçüsü Maria Zaxarova söyləyib ki, Rusiya Bakıdakı “Rus Evi” ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.

Əvvəlcə rəsmi Bakı  “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyini və təşkilatın ölkə qanunvericiliyini ciddi şəkildə pozduğunu açıqlayıb.

 Bunun ardınca  fevralın 3-də “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, ölkə ərazisində bu cür təşkilatların fəaliyyəti milli qanunvericiliyə, dövlətlərarası qarşılıqlı prinsipə və ikitərəfli əsasda əldə edilən razılaşmalara uyğun şəkildə tənzimlənir.

Bakıda fəaliyyət göstərən "Rus evi" fəaliyyətini dayandırıb. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Makron Ermənistana səfər edib
Dünya 21:45
Makron Ermənistana səfər edib
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol