• $
  • £

Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq

Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq
07.04.2025 19:05

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər. Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün dövlət proqramı”na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Tunelin inşasına bu ilin sonlarında başlanılacağı nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Cəmiyyət 18:30
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Cəmiyyət 17:43
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
Cəmiyyət 17:30
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Cəmiyyət 17:20
Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb

Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Cəmiyyət 17:04
Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Cəmiyyət 17:00
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Cəmiyyət 16:18
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Sərnişinlər 20 dəqiqəyə yaxın tuneldə qalıblar
Cəmiyyət 16:12
Sərnişinlər 20 dəqiqəyə yaxın tuneldə qalıblar
Cari ilin üç ayında 8 minə yaxın cinayət qeydə alınıb
Cəmiyyət 15:53
Cari ilin üç ayında 8 minə yaxın cinayət qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol