• $
  • £

Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub

Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub
07.04.2025 18:21

Bəzi xarici şirkətlərdən Azərbaycana idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan faktlar üzrə zəruri tədbirlər görülüb.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa tətbiq olunub.

Belə ki, Ukraynanın “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən məhsul ixracına qadağalar tətbiq olunub.

Həmçinin Belarusun SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliyanın“Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustanın “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiyanın “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Cəmiyyət 18:30
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Cəmiyyət 17:43
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
Cəmiyyət 17:30
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Cəmiyyət 17:20
Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb

Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Cəmiyyət 17:04
Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Cəmiyyət 17:00
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Cəmiyyət 16:18
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Sərnişinlər 20 dəqiqəyə yaxın tuneldə qalıblar
Cəmiyyət 16:12
Sərnişinlər 20 dəqiqəyə yaxın tuneldə qalıblar
Cari ilin üç ayında 8 minə yaxın cinayət qeydə alınıb
Cəmiyyət 15:53
Cari ilin üç ayında 8 minə yaxın cinayət qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol