• $
  • £

Türkiyədə yumurtanın qiyməti iki dəfə bahalaşıb

Türkiyədə yumurtanın qiyməti iki dəfə bahalaşıb
08.04.2025 12:59

Türkiyədən ABŞ və bir sıra digər ölkələrə böyük həcmdə toyuq yumurtası ixracı ölkə daxilində bu məhsulun qiymətlərinin kəskin artmasına səbəb olub.

Ekonomim qəzetinin yazdığına görə, 2024-cü ilin dekabrından bəri daxili bazarda 30 ədədlik yumurtanın qiyməti orta hesabla 120 lirədən 250 lirəyə (3,3 dollardan 6,6 dollara) kimi artıb. 

Bəzi satış məntəqələrində isə 30 yumurtanın qiyməti 8 dollardır.. “Orqanik” nişanı daşıyan yumurtanın  30 ədədi 11 dollardan baha satılır. Sektor təmsilçiləri bildirir ki, ölkədə yumurta istehsalında problem olmasa da, topdan satış və pərakəndə qiymətlər arasında fərq artır və bunun əsas səbəbi ixracdır. Xüsusilə ABŞ bazarına böyük həcmdə toyuq yumurtası göndərilir.

ABŞ-da bu məhsula tələbat yüksək olaraq qalır və 2024-cü ildə Türkiyədən təxminən 74,4 milyon ədəd yumurta alınıb.

Qəzetin məlumatına görə, mövcud razılaşmalara əsasən, 2025-ci ilin iyuluna qədər ABŞ-a ümumilikdə 15 min ton (təxminən 280 milyon ədəd) yumurta göndərilməsi planlaşdırılır. Bu ixrac Türkiyəyə təqribən 26 milyon dollar gəlir gətirəcək.

İstehsalçılar bildirir ki, yumurtanı xüsusilə ABŞ-a ixrac etmək daxili bazarla müqayisədə həm daha sərfəlidir, həm də daha asandır. Ölkə daxilində bir yumurtanın topdansatış qiyməti təxminən 3 lirə (təxminən 0,07–0,08 dollar) olsa da, mağazalarda qiymət 9 lirəyə (təxminən 0,30 dollar) qədər yüksəlir. Bu fərq vasitəçilər səbəbindən yaranır və istehsalçılar üçün əlverişli deyil.

Digər tərəfdən, istehsalçılar deyir ki, ABŞ alıcıları qiymətlərə əhəmiyyət vermədən məhsul alırlar, çünki bu ölkədə yumurta bazarında böhran yaşanır. İxrac həm də ona görə sərfəlidir ki, istehsalçı ödənişi əvvəlcədən tam şəkildə alır və geri qaytarmalarla bağlı problem yaşamır. Daxili bazarda isə ödənişlər, mövcud qaydalara əsasən, 3–4 ay sonra həyata keçirilir.

Qeyd edilir ki, qış mövsümündə Türkiyədə yumurta istehsalı təbii səbəblərlə bir qədər azalır. Buna görə tənzimləyici qurumlar ixracı məhdudlaşdırmaq üçün subsidiyaların azaldılması yoluna gedib. Lakin bu tədbir qiymət artımının qarşısını almaqda yetərli olmayıb, çünki xüsusilə ABŞ-dan olan tələbat yüksək olaraq qalır.

ABŞ-la yanaşı, son zamanlar Türkiyədən toyuq yumurtası Braziliya və Cənubi Koreyaya da ixrac edilir. Bundan əlavə, ölkə BƏƏ, Qətər, İraq, Oman və Suriyaya da böyük həcmdə bu məhsulu satır. ABŞ-ın Türkiyə ixracına 10%-lik rüsum tətbiq etməsi nəticəsində yumurta qiymətlərinin təkcə xarici bazarda deyil, daxili bazarda da artacağı gözlənilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Dünya 20:33
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
Dünya 20:17
Avropa İttifaqının nümayəndə heyəti İrəvana səfər edib
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol