• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimlər yalnız bu halda əməliyyat zamanı çəkiliş edə bilər

Həkimlər yalnız bu halda əməliyyat zamanı çəkiliş edə bilər
14.04.2025 13:25

Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəznin yaydığı məlumatda deyilir. 

Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.

Tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir. Bunlar “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
Cəmiyyət 23:29
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
Cəmiyyət 21:09
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb
Cəmiyyət 19:15
AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb
Laçın istiqamətində hərbi qulluqçunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 19:04
Laçın istiqamətində hərbi qulluqçunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:45
Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib
Cəmiyyət 18:10
Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:06
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq
Cəmiyyət 16:47
Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq
Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Cəmiyyət 16:38
Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox