• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb

AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb
01.10.2026 19:15

Kürdəmir rayonunda toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır və hadisənin baş verdiyi “Günəş” restoranının fəaliyyəti araşdırma yekunlaşanadək məhdudlaşdırılıb.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  məlumat verilib.

Bildirilib ki, toy mərasimində istifadə olunan qida məhsulları məclis sahibi tərəfindən restorana təqdim edilib.Araşdırma çərçivəsində istehlaka təqdim olunan qida məhsullarından, qida ilə təmasda olan işçilərin əllərindən, həmçinin mətbəxdəki səthlər, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək laboratoriyaya göndərilib.

Sentyabrın 30-da keçirilən toy mərasimindən sonra zəhərlənmə şübhəsi ilə 91 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğunda da araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Cəmiyyət 14:48
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Cəmiyyət 14:12
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət 13:43
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Sabah 22 dərəcə isti olacaq
Cəmiyyət 12:45
Sabah 22 dərəcə isti olacaq
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Cəmiyyət 11:50
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Cəmiyyət 09:57
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 09:30
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 22:49
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Cəmiyyət 20:42
Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol