Gəncədə gənc qadın dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1999-cu il təvəllüdlü A.Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.