• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Yağıntılar kəsilib, külək zəifləyib - FAKTİKİ HAVA

Yağıntılar kəsilib, külək zəifləyib - FAKTİKİ HAVA
17.04.2025 10:27

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış səhər saat 6:00-dan etibarən kəsilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranlı turistləri kim əvəz edə bilər?
Cəmiyyət 16:31
İranlı turistləri kim əvəz edə bilər?
Vəzifədən azad edilən Sədərək rayon prokuroru yeni vəzifəyə təyin olunub
Cəmiyyət 14:22
Vəzifədən azad edilən Sədərək rayon prokuroru yeni vəzifəyə təyin olunub
Sabah Bakıda və bölgələrdə hava yağmursuz olacaq
Cəmiyyət 12:32
Sabah Bakıda və bölgələrdə hava yağmursuz olacaq
Bakıda binanın damında qanunsuz hovuz sökülüb
Cəmiyyət 12:10
Bakıda binanın damında qanunsuz hovuz sökülüb
Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
Cəmiyyət 11:08
Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
I ixtisas qrupunda ən çox bal toplayan abituriyent ADA-da oxuyacaq
Cəmiyyət 10:52
I ixtisas qrupunda ən çox bal toplayan abituriyent ADA-da oxuyacaq
Gəncədə meyidləri tapılan şagirdlər eyni məktəbdə oxuyub
Cəmiyyət 10:46
Gəncədə meyidləri tapılan şagirdlər eyni məktəbdə oxuyub
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Cəmiyyət 10:11
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub, 1175 əcnəbi isə işləmək üçün müraciət edib
Cəmiyyət 09:59
Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub, 1175 əcnəbi isə işləmək üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol