• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Orduxan Teymurxan Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb

Orduxan Teymurxan Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb
17.04.2025 15:43

Xaricdə yaşayan blogger Orduxan Bəbirov (Teymurxan) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu  şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd edək ki,  Bəbirov Orduxan Teymurxan oğlu Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilibr. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranlı turistləri kim əvəz edə bilər?
Cəmiyyət 16:31
İranlı turistləri kim əvəz edə bilər?
Vəzifədən azad edilən Sədərək rayon prokuroru yeni vəzifəyə təyin olunub
Cəmiyyət 14:22
Vəzifədən azad edilən Sədərək rayon prokuroru yeni vəzifəyə təyin olunub
Sabah Bakıda və bölgələrdə hava yağmursuz olacaq
Cəmiyyət 12:32
Sabah Bakıda və bölgələrdə hava yağmursuz olacaq
Bakıda binanın damında qanunsuz hovuz sökülüb
Cəmiyyət 12:10
Bakıda binanın damında qanunsuz hovuz sökülüb
Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
Cəmiyyət 11:08
Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
I ixtisas qrupunda ən çox bal toplayan abituriyent ADA-da oxuyacaq
Cəmiyyət 10:52
I ixtisas qrupunda ən çox bal toplayan abituriyent ADA-da oxuyacaq
Gəncədə meyidləri tapılan şagirdlər eyni məktəbdə oxuyub
Cəmiyyət 10:46
Gəncədə meyidləri tapılan şagirdlər eyni məktəbdə oxuyub
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Cəmiyyət 10:11
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub, 1175 əcnəbi isə işləmək üçün müraciət edib
Cəmiyyət 09:59
Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub, 1175 əcnəbi isə işləmək üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol