• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
18.04.2025 12:08

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 09:03
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sergey Narışkin Bakıya gəlib
Siyasət 22:51
Sergey Narışkin Bakıya gəlib
Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib
Siyasət 18:30
Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib
Prezident pravoslav xristian icmasını təbrik edib
Siyasət 16:30
Prezident pravoslav xristian icmasını təbrik edib
İlham Əliyev və xanımı “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Siyasət 15:25
İlham Əliyev və xanımı “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Baş nazirdən onların maaşı ilə bağlı- Qərar
Siyasət 14:09
Baş nazirdən onların maaşı ilə bağlı- Qərar
İran prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb
Siyasət 13:41
İran prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Siyasət 12:50
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Siyasət 12:08
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol