• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident pravoslav xristian icmasını təbrik edib

Prezident pravoslav xristian icmasını təbrik edib
18.04.2025 16:30

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!”

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Prezident onları təltif edib - sərəncam
Siyasət 10:37
Prezident onları təltif edib - sərəncam
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Siyasət 10:18
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 10:08
Ərdoğan İlham Əliyevə zəng edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Siyasət 18:04
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Siyasət 10:57
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Siyasət 10:22
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol