• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
19.04.2025 13:20

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
Cəmiyyət 23:29
"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
Cəmiyyət 21:09
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb
Cəmiyyət 19:15
AQTA Kürdəmirdə zəhərlənmə baş verən restoranın fəaliyyətini məhdudlaşdırıb
Laçın istiqamətində hərbi qulluqçunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 19:04
Laçın istiqamətində hərbi qulluqçunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:45
Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib
Cəmiyyət 18:10
Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - Yenilənib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:06
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq
Cəmiyyət 16:47
Bakı–Tbilisi marşrutunda reyslərin sayı artırılır, biletlər 54 manatdan başlayacaq
Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Cəmiyyət 16:38
Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox