• $
  • €
  • ₽
  • ₺
  • £

Pezeşkian Bibiheybət məscidini ziyarət edib

Pezeşkian Bibiheybət məscidini ziyarət edib
28.04.2025 21:30

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.

Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşılayıblar.

İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.

Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.

İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkib, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazıb.

Çay süfrəsi arxasında səmimi söhbət edən Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Siyasət 21:28
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Siyasət 18:30
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçıları təyin edilib
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Siyasət 17:43
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Siyasət 10:39
Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
Prezident onları təltif edib - sərəncam
Siyasət 10:37
Prezident onları təltif edib - sərəncam
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Siyasət 10:18
Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 10:08
Ərdoğan İlham Əliyevə zəng edib
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Siyasət 18:04
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Siyasət 10:57
Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol