• $
  • £

Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb

Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb
29.04.2025 16:37

Rusiyada əsirlikdə həlak olan ukraynalı jurnalist Viktoriya Roşçinanın meyiti Ukraynaya çoxsaylı işgəncə izləri və bir neçə daxili orqanı çatışmayan vəziyyətdə qaytarılıb. Bu barədə Vacib Hekayələr nəşri istintaqa yaxın mənbəyə istinadla məlumat yayıb.

Ekspertizanın nəticələrinə görə, Roşçinanın göz alması, beyni və qırtlağının bir hissəsi çıxarılıb. Həmçinin dilaltı sümük qırılıb. Məhkəmə-tibbi eksperti bunun boğulma və digər zorakılıq izlərini gizlətmək cəhdi ola biləcəyini bildirib.

“Qırtlağın meyitə baxış zamanı çıxarılması qeyri-adi haldır. Boğulma zamanı tez-tez dilaltı sümük qırılır, gözlərdə qansızma, beyində oksigen çatışmazlığı əlamətləri görünə bilər,” –  ekspert qeyd edib.

Ukrayna Baş Prokurorluğunun nümayəndəsi Yuriy Belousov bildirib ki, jurnalistin bədənində həmçinin sıyrıqlar, qançırlar, qabırğa sınığı, boyun nahiyəsində zədələr və ayaqlarda elektrik şoku izləri aşkarlanıb. Ölüm səbəbi hələ də dəqiqləşməyib.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, Rusiya dəfələrlə əsir meyitlərini orqanları çıxarılmış şəkildə qaytarıb. Bu, bəzən tibbi prosedur kimi izah olunur, lakin zorakılıq izlərini gizlətmək cəhdi də ola bilər.

Ukrayna tərəfi Roşçinanın meyitinin təhvil verilməsi barədə 24 aprel tarixində məlumat versə də, meyit əslində fevral ayında alınıb. Vinnitsa morquna “NM SPAS 757” (naməlum kişi, ürək arteriyalarında zədə) yazısı ilə bədən torbasında daxil olub. Etiketdə isə “7390 Roşçina V.V.” qeyd olunub.

Roşçina 2023-cü ilin avqustunda işğal olunmuş ərazilərdə reportaj hazırlayarkən itkin düşmüşdü. Rusiya onun əsir olduğunu yalnız 2024-cü ilin mayında etiraf etmişdi. Sentyabrda isə onun ölüm xəbəri yayılıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Cəmiyyət 23:10
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 20:54
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Binədə açıq ərazidə yanğın olub
Cəmiyyət 19:06
Binədə açıq ərazidə yanğın olub
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Cəmiyyət 15:21
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub
Cəmiyyət 13:38
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 13:11
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:20
Sabahın hava proqnozu açıqlanıb
Daşkəsəndə seldən sonra yol çöküb
Cəmiyyət 11:25
Daşkəsəndə seldən sonra yol çöküb
Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 09:05
Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol