• $
  • €
  • ₽
  • ₺
  • £

“Venesiya” şadlıq sarayında zəhərlənmənin səbəbi məlum olub

“Venesiya” şadlıq sarayında zəhərlənmənin səbəbi məlum olub
30.04.2025 18:30

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.Bi barədə AQTA-dan bildirilib.

Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.

Ətraflı

Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Cəmiyyət 20:03
Azərbaycanda qadın hərbçilərlə bağlı yeni qərar
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 19:58
Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:53
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək
Cəmiyyət 18:07
Azərbaycanda oktyabrın ilk günləri hava qeyri-sabit keçəcək

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Cəmiyyət 17:39
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Cəmiyyət 17:21
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Cəmiyyət 16:49
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 16:31
Sabah bu ərazilərdə qaz kəsiləcək

Masazırda yaşayış binasında yanğın baş verib
Cəmiyyət 16:10
Masazırda yaşayış binasında yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol