• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib

Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib
30.09.2026 15:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddətinin layihədə nəzərdə tutulan iki il əvəzinə üç il müəyyənləşdirilməsi və sertifikatın uzadılması üçün sadələşdirilmiş yenilənmə testinin tətbiqi təklif olunur. Bunu deputat Zahid Oruc Dövlət Qulluğu Məcəlləsinin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.


Onun sözlərinə görə, müsabiqədə uğur qazansa da, vakant vəzifəyə təyin edilməyən namizədlər üçün keçid güzəştləri də nəzərdə tutulmalıdır.

“Əgər məqsəd peşəkarlığı qorumaqdırsa, namizədi eyni imtahana yenidən qaytarmaq həm bürokratik, həm də maddi yükdür”, - deputat bildirib.

Zahid Orucun təqdim etdiyi məlumata görə, 2025-ci ildə dövlət qulluğunda 4 065 vakant vəzifə üzrə 15 743 qeydiyyat aparılıb. İmtahanlarda faktiki olaraq 7 350 nəfər iştirak edib, 2 920 namizəd uğurlu nəticə göstərib, 2 054 nəfər isə vəzifəyə təyin olunub.

Deputat bildirib ki, yeni layihəyə əsasən, uğurlu nəticə göstərməsinə baxmayaraq vəzifəyə təyin edilməyən namizəd əvvəlki beş il əvəzinə iki il ehtiyat kadr kimi saxlanılacaq və bu müddətdə analoji vakansiyaya təyin oluna biləcək.

O, dövlət qulluqçularının tez-tez imtahan, attestasiya və daxili qiymətləndirmələrə cəlb olunmasının onların əsas fəaliyyətinə mənfi təsir göstərə biləcəyini də qeyd edib.

Zahid Oruc dövlət qurumları üçün vahid vəzifə təsnifatının yaradılmasını da təklif edib. Onun sözlərinə görə, eyni dəyərə malik iş müxtəlif qurumlarda fərqli karyera statusu daşımamalıdır.

“Bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatına ehtiyac var. Əməkhaqqı və karyera məsələləri də bir-birindən ayrılmazdır”, - deputat deyib.

Orucun sözlərinə görə, 2025-ci ilin sonunda Azərbaycanda 27,3 min dövlət qulluqçusu olub. Onların 27,4%-i və ya təxminən 7,5 min nəfəri dövlət qulluğunda 15 il və daha çox xidmət edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar
Cəmiyyət 19:07
Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Cəmiyyət 17:17
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol