• $
  • £

Prezident hansı maşınların Azərbaycana buraxılmamasını istədi?

Prezident hansı maşınların Azərbaycana buraxılmamasını istədi?
10.01.2014 10:12
“Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir”.Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında deyib.İ. Əliyev bildirib ki, xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir: “Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir.Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır.İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir.Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir”ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Siyasət 21:05
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Siyasət 18:18
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Siyasət 16:22
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Alen Simonyan Ermənistan prezidenti olacağı barədə iddiaları təkzib edib
Siyasət 13:22
Alen Simonyan Ermənistan prezidenti olacağı barədə iddiaları təkzib edib
Simonyan parlamentdən gedəcəyini açıqlayıb
Siyasət 13:03
Simonyan parlamentdən gedəcəyini açıqlayıb
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Siyasət 10:23
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Vilayət Eyvazov Polis Günü münasibətilə şəxsi heyəti təbrik edib
Siyasət 10:15
Vilayət Eyvazov Polis Günü münasibətilə şəxsi heyəti təbrik edib


BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb
Siyasət 09:19
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb
Prezidentin sosial media hesablarında Lyayenin səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 23:51
Prezidentin sosial media hesablarında Lyayenin səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol