• $
  • £

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
19.05.2025 12:26

Lider mobil operatorun sağlam və inkişafyönümlü iş mühiti yaratmaq istiqamətində
göstərdiyi səylər beynəlxalq səviyyədə qiymətləndirilib

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan
“Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatını qazanıb. Korporativ mədəniyyət və
sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat
yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. Sorğunun nəticələrinə
əsasən, Azercell əməkdaşlarının 80%-dən çoxu şirkəti işləmək üçün ideal mühit kimi
dəyərləndirib. Bu göstərici şirkətin işçi məmnuniyyəti və təşkilati mədəniyyətin inkişafı
istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricisidir.


“Azərbaycanın mobil rabitə bazarının lideri olaraq Azercell, ölkənin rəqəmsal ekosisteminin
inkişafında mühüm rol oynayır. Bu vacib missiyanı reallaşdırmaq üçün innovativ düşüncəyə
sahib, peşəkar və işinə sadiq komanda qurmaq bizim üçün vacibdir. Məhz belə kadrlar
innovasiyaları gerçəkləşdirir, yüksək xidmət keyfiyyətini təmin edir və dayanıqlı inkişafla
yanaşı, korporativ məsuliyyət prinsiplərinə də sadiq qalırlar,”– deyə “Azercell Telekom”
MMC-nin prezidenti Zərinə Zeynalova bildirib. “Etibarlı, insanlara dəyər verən və onları
dəstəkləyən, həmçinin inkişafı üçün imkan yaradan iş mühiti uğurumuzun əsasını təşkil
edir. Great Place to Work® sertifikatı illər ərzində formalaşdırılan unikal korporativ
mədəniyyətimizə verilən dəyərin və Azercell komandasının peşəkarlığının bir göstəricisidir.”


Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin direktoru Dilarə Hüseynova
bildirib ki, əməkdaşların inkişafına yönəlik investisiyalar şirkət üçün prioritet olaraq qalır:
“İnanırıq ki, əməkdaşa yönələn hər bir yatırım əslində şirkətin gələcəyinə qoyulan strateji
sərmayədir. Təkcə 2024-cü ildə 640-dan çox təlim proqramı təşkil etmişik. Bu təşəbbüslər
“IE Business School”, “Franklin Covey”, “Cornell University” kimi nüfuzlu beynəlxalq
institutlarla əməkdaşlıq çərçivəsində təşkil olunub. Bundan əlavə, GSMA ilə birlikdə həyata
keçirdiyimiz “İnsan Kapitalının İnkişafı Proqramı” beynəlxalq təcrübələrin şirkətimizdə

Classification: Public
tətbiqi baxımından əhəmiyyətli addım oldu. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafını
dəstəkləmək məqsədilə liderlik təşəbbüsləri, beynəlxalq mübadilə proqramları və
funksiyalararası əməkdaşlıq imkanları yaradırıq".


Komanda ruhu, inklüziv mədəniyyət və davamlı inkişaf prinsiplərinə xüsusi önəm verən
Azercell, Azərbaycanın ən arzuolunan işəgötürənlərindən biri kimi mövqeyini daha da
möhkəmləndirir və innovasiya ilə yanaşı əməliyyat mükəmməlliyini təşviq edən iş mühiti
formalaşdırmağa davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol