• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Euronews Academy” fəaliyyətə başlayır

Azərbaycanda "Euronews Academy” fəaliyyətə başlayır
30.05.2025 11:59

Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə beynəlxalq tədris platforması “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.

Jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, eyni zamanda bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində ilkin olaraq “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramı həyata keçiriləcəkdir.

Təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.

Təlimlərdə “Euronews” telekanalının tanınmış mütəxəssisləri - 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, 13 dildə fəaliyyət göstərən 70-dən çox sosial media hesabını idarə edən komandanın rəhbəri Fatih Yetim və “Euronews Georgia”da baş texnologiya direktoru kimi çalışan, 19 ildən çox təcrübəyə malik Arçil Mikadze kimi peşəkarlar təlimçi qismində çıxış edəcəklər.

Layihə çərçivəsində “Rəqəmsal xəbər toplanması və “data” əsaslı jurnalistika”, “Rəqəmsal video strategiyası və yeni formatlar”, “Sosial media və “YouTube” idarəetməsi”, “Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması”, “Mobil jurnalistika” modulları üzrə tədris aparılacaqdır.

Proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol