• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli Hüseynova töhmət verilib

Füzuli Hüseynova töhmət verilib
30.05.2025 22:00

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.Bu barədə teatrın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

Buna səbəb Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, - məlumatda qeyd olunub.

Bu il aprelin 4-də Akademik Milli Dram Teatrında keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. İddialara görə, İlham Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik olub. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını demişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol