• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu

"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
02.06.2025 23:15

Sərfəli xidmətləri ilə tanınan “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.


Layihə çərçivəsində uşaqlar üçün maarifləndirici vörkşoplar, hüquqi bilikləri artıran təlimlər, interaktiv yarışmalar və əyləncəli fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlərin əsas məqsədi uşaqlara hüquqlarını tanıtmaq, onları cəmiyyətin fəal üzvü olmağa təşviq etməkdir. Yarışmalarda fəallıq göstərən uşaqlar bu ilin sonunda Milli Məclisdə baş tutacaq qanunvericilik simulyasiyasında iştirak edəcək və “uşaq hüquqları səfiri” seçiləcəklər. Layihənin növbəti mərhələsində isə ilin sonuna doğru hüquqi məlumat və yardım imkanlarını əhatə edəcək “Hüquqlarını tanı” adlı mobil tətbiqin istifadəyə verilməsi, 14 regionda maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.


Tədbirin açılış mərasimində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Biz “Nar” olaraq, uşaqların öz hüquqlarını tanıması, qoruması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu cür təşəbbüsləri önəmli hesab edirik. Hər bir uşağın təhlükəsiz və bərabər imkanlı mühitdə böyüməsi üçün üzərimizə düşən sosial məsuliyyəti qürurla icra edirik”.
 

Sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq, “Nar” uzun illərdir, təhsilin əlçatanlığı, bərabər imkanlar və həssas qruplara dəstək sahəsində ardıcıl layihələr həyata keçirir. Şirkət bu dəfə də uşaqların hüquqlarının tanıdılması və qorunması istiqamətində vacib bir təşəbbüsə dəstək verərək daha dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verib.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol