• $
  • €
  • ₽
  • ₺
  • £

İKT Agentliyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

İKT Agentliyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
03.06.2025 15:35

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) elan etdiyi “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Açılış nitqi ilə çıxış edən İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov yazı müsabiqəsinə marağın yüksək olduğunu, mövzuların jurnalistlər və ekspertlər tərəfindən geniş araşdırıldığını və maraqlı məsələlərə toxunulduğunu qeyd edib.


Nail Mərdanov iştirakçılara müsabiqəyə verdikləri töhfəyə görə təşəkkür edib və uğurlarının davamlı olmasını arzulayıb.


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında yazı müsabiqəsinin ölkəmizdə internet xidmətlərinin tənzimlənməsi və bu sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində mühüm bir addım olduğunu bildirib. 


Nazirin müşaviri qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Sonra İKTA-nın fəaliyyətini əks etdirən təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsi olub.
“Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzuları əhatə edilib.


Müsabiqəyə 60-dan çox müraciət daxil olub. Şərtlərə əsasən, 18 iştirakçı əsas, 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. 


Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat, mükafat və hədiyyələr təqdim olunub. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol