• $
  • £

Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq

Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
03.06.2025 16:54

5-9 iyun tarixlərində Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri //biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

Hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Cəmiyyət 16:11
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Cəmiyyət 15:44
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Cəmiyyət 15:08
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Yasamalın bir hissəsində qaz kəsilib
Cəmiyyət 14:57
Yasamalın bir hissəsində qaz kəsilib
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Cəmiyyət 14:49
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Gədəbəydə 1 yaşlı uşaq ölüb
Cəmiyyət 13:00
Gədəbəydə 1 yaşlı uşaq ölüb
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Cəmiyyət 12:38
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol