• $
  • £

2050-ci ildə dünya iqtisadiyyatı 600 şəhərin ətrafında cəmlənəcək - Kjell Nordström

2050-ci ildə dünya iqtisadiyyatı 600 şəhərin ətrafında cəmlənəcək - Kjell Nordström
04.06.2025 11:02

2050-ci ilə qədər dünya əhalisinin 80-85 faizi şəhərlərdə yaşayacaq. Bunu İsveçli iqtisadçı və menecment üzrə ekspert Kjell A. Nordström Bakıda keçirilən tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda əhalinin 64 faizi şəhərlərdə, 36 faizi isə kənd yerlərində məskunlaşır. Bu tendensiya davam edərsə, planetin quru sahəsinin cəmi 2 faizində insan cəmlənəcək.

“Əgər bir əsr əvvəl əhalinin yalnız 10 faizi şəhərlərdə yaşayırdısa, bu gün bu göstərici 64 faizə çatıb. Növbəti 20 ildə isə bu rəqəm 85 faizə yüksələcək,” — Nordström deyib.

Ekspertin sözlərinə görə, gələcəkdə dünya iqtisadiyyatı 4000 şəhər deyil, təxminən 600 şəhərin ətrafında cəmlənəcək və bu şəhərlər qlobal iqtisadi fəaliyyətin 90 faizini təmin edəcək. 

O, İstanbulun artıq 14 milyon, Tokionun isə 37,6 milyon nəfər əhalisi olduğunu və 2050-ci ilə qədər Tokionun əhalisinin 52 milyona çatacağını vurğulayıb.

Nordström qeyd edib ki, urbanizasiya prosesi təkcə coğrafi dəyişiklik deyil, həm də iqtisadi və sosial strukturları köklü şəkildə yenidən formalaşdırır.

 “Bu proses siyasət, din və hökumətlərin siyasi rəngindən asılı olmayaraq, bütün dünyada eyni istiqamətdə gedir,” — o bildirib.

O, həmçinin texnologiyanın bu tendensiyanı dəyişdirə bilməyəcəyini vurğulayıb. 

“Şəhərlər insanlara ümid verir — yaxşı iş tapmaq, biznes qurmaq və həyat yoldaşı tapmaq ümidi. Texnologiya bunu əvəz edə bilməz,” — Nordström əlavə edib.

Nordström Siemens şirkətinin yeni strategiyasını da misal çəkərək bildirib ki, artıq böyük korporasiyalar çoxmillətli deyil, çoxşəhərli modelə keçid edirlər və fəaliyyətlərini ölkələr üzrə deyil, şəhərlər üzrə planlaşdırırlar.

“Biz artıq dövlətlər dövründən çıxıb, şəhərlər əsrinə qədəm qoyuruq”, - o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Cəmiyyət 16:11
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Cəmiyyət 15:44
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Cəmiyyət 15:08
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Yasamalın bir hissəsində qaz kəsilib
Cəmiyyət 14:57
Yasamalın bir hissəsində qaz kəsilib
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Cəmiyyət 14:49
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Gədəbəydə 1 yaşlı uşaq ölüb
Cəmiyyət 13:00
Gədəbəydə 1 yaşlı uşaq ölüb
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Cəmiyyət 12:38
"İdrak" liseyindəki müəllim onu güllələyən şagirdi bağışlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol